Dünya

Litvada ətraf mühiti çirkləndirən avtomobillərə görə yeni vergi qanunu qəbul edilib

20 Dekabr 2019 02:30
0 Şərh     Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Litva Seymi ölkədə ətraf mühiti çirkləndirən avtomobillərə görə vergi ödənilməsi haqqında yeni qanun qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanuna əsasən, bu ilin iyulundan etibarən ölkədə ətraf mühiti çirkləndirən hər bir avtomobilə görə vergi ödəniləcək. Parlamentdə səsverməyə çıxarılan qanun layihəsinin lehinə 72, əleyhinə isə 53 deputat səs verib, 4 nəfər isə bitərəf qalıb.

Verginin məbləği avtomobilin növündən və havaya buraxdığı karbon qazının həcmindən asılı olaraq 13,5-540 avro arasında dəyişəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.