Dünya

Toy günü dava edib ayrıldılar - FOTO

17 Dekabr 2019 12:34
2 Şərh     Baxış: 2 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə toy zamanı bəyin qardaşı gəlinə hücum edib, onu döyüb və pilləkənlərdən itələyib. Bundan sonra yeni evlənənlər ayrılmaq qərarına gəliblər. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən qısa evlilik kimi tarixə düşəcək hadisə barədə "Daily Mail" xəbər yayıb.

Stefani Uilson və Erin Meyson-Corc 2019-cu ilin iyulun 27-də Keredigion şəhərində evlənib.

Təntənəli tədbiri qeyd edərkən, 25 yaşlı bəyin böyük qardaşı çoxlu içki içərək gəlinə hücum edib və onu pilləkəndən itələyib.

Gəlinin ana və bacısı da onun qəzəbinə tuş gəlib.

Sevdiyi qadın və qardaşı arasında seçim etmək məcburiyyətində qalan bəy ailəsini seçib, bununla da dava başlayıb.

Hadisədən sonra gəlin boşanmaq üçün polisə müraciət edib. Evlilik bir gündən az çəkdiyi üçün onun tələbi rədd edilib. Hazırda o, bu evliliyin nə vaxt qüvvədən düşəcəyini gözləyir.

Qalmaqalın günahkarı beş nəfərə hücum etdiyinə və maddi ziyana görə bir il ictimai işlər növündə cəzaya məhkum edilib. 

Lakin bir müddət sonra hüquq-mühafizə orqanlarının diqqəti bəyə yönəlib: o, barın yaxınlığında bir kişini döyüb, bundan başqa, qətl cəhdində də şübhəli bilinir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.