Dünya

İnstaqramda ən çox izlənilən məşhurlar - SİYAHI

15 Dekabr 2019 18:10
4 Şərh     Baxış: 2 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə İnstaqramda ən çox izlənilən məşhurlar bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən il 136 milyon izləyicisi olan Selena Qomez bu sayı 163 milyona qaldırsa da, siyahıda dördüncü pillədə qərarlaşıb.

Sosial şəbəkədə ən çox izləyicisi olan şəxsi 192 milyon təqibçisi var. Sizə ən çox izlənilən məşhurların siyahısını təqdim edirik:

20-ci yerdə dünyaca məşhur aparıcı Ellen Diceneres var. Onu 80 milyon nəfər izləyir. 15-ci pillədə müğənni Mayli Sayrusdur. Onun izləyici sayı 102 milyondur.

106 milyon nəfər isə Cenifer Lopezi izləyir. O, 14-cü sıradadır. Niki Minaj isə 13-cü pillənin sahibidir və 108 milyon insan tərəfindən təqib edilir.

12-ci yerin sahibi Kendall Cennerin 119 milyon, 11-ci pillədə olan Castin Biberin isə 122 milyon izləyicisi var.

123 milyonun izlədiyi Teylor Svift 10-cu pillədədir. Müğənnidə bir sıra öndə isə futbolçu Neymardır. Onun izləyici sayı 129 milyondur. Beyons isə idmançını 6 milyon izləyici fərqi ilə geri qoyur. 9-cu pillənin sahibi müğənninin 135 milyon nəfər fanatı var.

Yeddinci pillədə olan Lionel Messini 137 milyon nəfər izləsə də, dünyanın ən gənc milyarderi Kayli Cenner onu ötüb. Kaylini izləyənlərin sayı 152 milyondur.

Dünyaca məşhur porno-ulduz Kim Kardaşyan qızıl beşliyin sonuncu pilləsində 153 milyon izləyici ilə boy göstərib. Dördüncü yerin sahibi Selena Qomezdir. Onun 163 milyon izləyicisi var.

Aktyor Dauni Conson Selenadan 1 milyon izləyici ilə öndə olub üçüncü sırada qərarlaşıb. Son zamanların ən populyar qadın ifaçısı Ariana Qrandenin isə 168 milyon izləyicisi onu ikinci pilləyə yüksəldib.

Birinci yerin sahibi isə dünyaca məşhur futbolçu Kriştiano Ronaldodur. Onun 192 milyon izləyicisi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.