Dünya

Bundan sonra qadınlarla kişilər restoranda... - Səudiyyədə dəyişiklik

15 Dekabr 2019 18:46
0 Şərh     Baxış: 1 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha Səudiyyə Ərəbistanı restoranları qarşısında kişilər və xanımlar üçün ayrı-ayrı giriş qapılarının qurulması tələbi qoyulmayacaq. Hökumətin verdiyi qərar nəticəsində bundan belə qadın və kişilər eyni qapıdan içəri daxil olmaqla restoran xidmətlərindən istifadə edə biləcəklər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Bələdiyyə Nazirliyi dünən bəyan edib ki, məlum tələb qoyulmadığı üçün bu məsələlər restoranların öx ixtiyarına buraxılacaq.

Qeyd edək ki, bu günə qədər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən restoranlar qarşısında tələb kimi iki qapının olması qoyulurdu.

Səudiyyədə bir neçə aydır hökumət sosial islahatlar həyata keçirərək dünyada qeyri-ciddi qarşılanan halları aradan qaldırır.

Bu islahatlar nəticəsində qadınlara yanlarında kişi olmadan avtomobil idarə etmək, pasport almaq, film izləmək kimi hüqualar verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.