Dünya

Dünyanın ən güclü donanmaları bunlardır - İlk yeri hansı ölkə tutur?

15 Dekabr 2019 13:07
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən güclü donanmaları ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Yaponiyaya məxsusdur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "National Interest"in ekspertləri belə qənaətə gəliblər. 

Siyahıda ilk yer 10 aviadaşıyıcı, doqquz desant gəmisi, 22 kreyseri, 62 esminesi, 17 freqatı və 72 sualtı qayığı ilə ABŞ-ın HDQ-nə məxsusdur.

İkinci yerdə bir aviadaşıyıcı, üç desant nəqliyyatı, 25 esminesi, 42 freqatı, səkkiz atom və 50 adi sualtı qayığı olan Çin Donanması qərarlaşıb.

Rusiya HDQ üçüncü yerdədir. Donanmanın tərkibinə 79 iri gəmi, o cümlədən, bir aviadaşıyıcı, beş kreyser, 13 esmines və 52 sualtı qayıq daxildir.

Britaniyanın Hərbi Dəniz Qüvvələri ekspertlər tərəfindən siyahının dördüncü yerinə salınıb. Üç iri desant gəmisinin, 19 freqat və esmines, yeddi zərbə atom sualtı qayığı və ballistik raketi olan dörd sualtı qayığına baxmayaraq, donanma getdikcə kiçilir.

Beşinci yeri tərkibində 114 gəmisi olan Yaponiya Donanması tutub. Ona üstünlük gətirən isə ən yaxşı sualtı donanmalardan birinə sahib olması göstərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.