Dünya

Dehlidəki faciənin səbəbi bilindi

9 Dekabr 2019 09:29
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısaqapanma olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar.

Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.

Hindistanın Baş naziri Narendra Modi yanğını dəhşətli adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.