Dünya

Seul-Vaşinqton müzakirələri baş tutmayıb

19 Noyabr 2019 22:02
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreya və ABŞ rəsmiləri çərşənbə axşamı keçirilməsi planlaşdırılan müzakirələri Seulun Amerika qüvvələrini saxlaması xərcləri səbəbi ilə baş tutumayıb. Tramp administrasiyası Cənubi Koreyadan 5 milyard dollar tələb edir.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ-ın baş müzakirəçisi Ceyms Dehart deyib ki, Cənubi Koreyanın təklif etdiyi məbləğ Amerikanın tələb etdiyi məbləğlə üst-üstə düşmür. O, danışıqların bu səbəbdən yarımçıq qaldığını və yaxın zamanda Seulun daha münasib təkliflərlə çıxış edəcəyinə ümidini ifadə edib.

Cənubi Koreya müzakirəçisi isə müxbirlərə bildirib ki, danışıqlar tərəflərin mövqeyindəki uçurum səbəbi ilə baş tutmayıb. O, ABŞ qüvvələrinin ölkədən çıxarılması və ya ixtisarı barədə heç nə deməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.