Dünya

İnsanın naməlum əcdadı tapıldı

9 Noyabr 2019 18:00
6 Şərh     Baxış: 901

Almaniya, Bolqarıstan, Avstraliya və Kanadadan olan beynəlxalq alimlər qrupu 11,6 milyon il əvvəl miosen dövründə  yaşamış indiyə qədər elmə məlum olmayan primat növünün daşlaşmış qalıqlarını aşkar edib. Tapıntı meymun və insanların son ümumi əcdadının necə olduğunu təxmin etməyə imkan verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məqalə "Nature" jurnalında dərc olunub.

Ətrafların sümüklərinin saxlandığı yeni növ "Danuvius guggenmosi" adlandırılıb. Bu heyvan ön pəncələri ilə budaqlardan yapışaraq sallana bilərdi, lakin gibbon və ya oranqutan kimi digər meymunlardan fərqli olaraq, tez-tez gəzmək üçün istifadə edilən düz arxa ətraflara malik idi. Həmçinin primatın  baş barmağı var idi ki, bu da "D. Guggenmosi"nin barmaqların sümüklərinə deyil, ayaqlarına söykəndiyini göstərir.

Əvvəllər alimlər hesab edirdilər ki, ikiayaqlı hominid həmişə dörd pəncənin bütün aşağı səthinə dirənən  dördayaqlı primatdan yaranıb. Lakin "D. Guggenmosi" həm ağaca dırmaşma, həm də arxa ayaqları üzərində gəzişməni ehtiva edən tamamilə fərqli hərəkət edirdi.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Zuni · 9 Noyabr 18:0730

    Bes niye diger meymunlar tekamul etmedi?Texnikada mueyyen seviyyede inkiwaf edib 21ci esrdi ele agilli alimdirlerse o zaman bir qrup meymunun tekamulune nail olsunlar sonra insan ecdadinin meymun oldugunu ireli sursunler.Beyinleri bir noqtede atkaz eliyir o alimciklerin

    Cavab yaz
    • Anonim
      MİKO · 9 Noyabr 18:5100

      ETO ZELONE MAKRUQ

      Cavab yaz
    • Anonim
      Papatya · 9 Noyabr 19:3822

      Əhsən Zuni. Atkaz da elədə, zamkaniya da elədə bunlar düzələn əyri deyil))

      Cavab yaz
      • Anonim
        Papatya · 9 Noyabr 20:0211

        Eləsə)

        Cavab yaz
        • Anonim
          Zuni · 9 Noyabr 21:2410

          Tewekkur Papatya))

          Cavab yaz
  • Anonim
    V.M · 9 Noyabr 18:5450

    ola bilər kimsə özünün meymunnan (heyvannan) əmələ gəlməsinə inanir.niyə insan özünü hansisa heyvanin təkamülü nəticəsində əmələ gəldiyinə inanır halbuki ALLAH insani ali varlıq olaraq yaradib əcdadida Adəm və Həvvadi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.