Dünya

Rusiya kəşfiyyatından Bağdadi açıqlaması: Sübut yoxdur

3 Noyabr 2019 15:36
4 Şərh     Baxış: 1 338
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

"Əlimizdə yüz faiz əminliklə danışmağımıza imkan verəcək bir material yoxdur", - Narışkin söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

Ardınca İŞİD bu xəbəri təsdiqləyərək, yeni liderin Əbu İbrahim Haşimi olduğunu bildirib.

Milli.Az 
 
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.