Dünya

"Qatil" maşın: avtomobil özbaşına hərəkət edib sahibini vurub öldürdü

21 Oktyabr 2019 09:42
0 Şərh     Baxış: 2 542
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uelsin Qlanaman kəndində 66 yaşlı kişi öz maşınının təkərləri altında qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Arvin Vord maşını əl əyləcinə qoyub, lakin avtomobil özbaşına hərəkət edib.

Qonşular kişinin fəryadını eşidib xilasetmə xidmətini çağırıblar.

Hadisə yerinə gələn xilasedicilər xüsusi avadanlıq vasitəsi ilə kişini təkərlərin altından çıxarıblar.

O təcili xəstəxanaya çatdırılsa da, 4 gündən sonra orada dünyasını dəyişib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.