Ərdoğan Trampın təhqiramiz məktubunu zibil qutusuna atdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trampın məktubunu "zibilə atıb", -BBC-nin əldə etdiyi məlumatda deyilir. 9 oktyabr tarixli məktubda cənabTrump Erdoğana yazır: "Dikbaş olmayın. Axmaq olmayın!".Türkiyə prezidentinə yaxın mənbələrdən BBC-yə verilən məlumatda deyilir ki, cənab Erdoğan məktubu "tamamilə rədd edib".
***
ABŞ prezidenti Donald Tramp Türkiyə ordusunun Suriyanın şimalında "Barış pınarı" əməliyyatına başladığı gün prezident Rəcəb Tayyib Ərdoğana çox sərt məzmunlu, diplomatik etikadan kənar ifadələrin də yer aldığı məktub göndərdiyi üzə çıxıb.
Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, belə məktubun olduğu haqda "New York Times" qəzeti əvvəlcə yazıb. Qəzetin yazdığına görə Trampın çərşənbə günü Suriyaya dair Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Ərdoğana "ağır" məktub yazdığını bildirib.
Tramp daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri , respublikaçı Kevin Makkartidən məktubun nüsxəsini iclasdakılara paylamasını istəyiib. Bunun ardınca məktub mətbuata sızıb.
Əvvəlcə "Fox News" müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib.
Tramp məktubda Ərdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.

Tramp öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.
Tramp Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.
Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Böyük razılıq əldə edə bilərsiniz. Baş Komandir Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç vaxt etmədikləri güzəştlərə getməyə hazırdır. Mən gizli olaraq yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm".
Məktubun üzərində "9 oktyabr, 2019" tarixi qeyd olunur. Bu tarix Türkiyənin Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin nəzarəti altındakı ərazidə təhlükəsiz ərazi yaratmaq üçün başlatdığı "Barış Pınarı Hərəkatı"na başladığı günə təsadüf edir.

Əsas hissəsini kürd qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada başda ABŞ olmaqla Qərbin, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İŞİD) ilə mübarizəsindəki ən əhəmiyyətli müttəfiqidir.
Lakin Türkiyə Suriya Demokratik Qüvvələrini, YPG, PYD-ni PKK-nın bir qolu olaraq görür və "terror təşkilatı" kimi tanıyır.
Trampın Ərdoğana həmin məktubuna hələlik rəsmi Ankara şərh verməyib. Bu məktubun ictimailəşməsi ABŞ vitse-prezidenti Maykl Pensin Türkiyəyə kritik səfəri və prezident Ərdoğanla danışıqları ərəfəsinə təsadüf edib. Vaşinqton Türkiyəni hərbi əməliyyatları dayandırmağa inandırmaq üçün Ankaraya Pensin başçılığı ilə yüksək rütbəli nümayəndə heyəti göndərib.
Prezident Ərdoğan bir gün əvvəl açıqlayıb ki, Türkiyə hərbi əməliyyatları ancaq bir şərtlə dayandıra bilər: YPG qüvvələri Türkiyə sərhədlərindən 32 kilometr geri çəkilsin və təhlükəsizlik zolağı yaradılsın. O, terrorçularla heç bir danışıqların olmayacağını da elan edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi





