Dünya

Avropa dəhşətli müharibə meydanına çevrilir - ŞOK SƏNƏD

24 Avqust 2019 17:06
0 Şərh     Baxış: 2 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Avropada Rusiya ilə mümkün genişmiqyaslı münaqişəylə Avropa İttifaqını hədələyəcək.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bunu "Russia Today" ilə söhbətində Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin eksperti Konstantin Bloxin bildirib.

"Avropa Birləşmiş Ştatlar və Rusiya arasında hərbi hərəkət teatrına çevrilir. Görünür ki, amerikalılar Avropanı onun ərazisində genişmiqyaslı münaqişənin başlanması riski ilə şantaj edəcəklər", - o deyib.

Bloxin bununla da Avropa İttifaqı və NATO əməkdaşlığının perspektivləri haqqında NATO-nun Müdafiə Kollecinin Təhlükəsizlik Sahəsində Tədqiqatlar İnstitutunun bu yaxınlardakı məruzəsini şərh edib. Sənədin mətnində, xüsusi halda, göstərilir ki, yenidən güclənən Rusiya iki təşkilatın yaxınlaşmasını sürətləndirə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.