ABŞ İran tankeri ilə bağlı xəbərdarlıq edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Ştatlar Aralıq dənizindəki qurumlara Gibraltar (Cəbəllütariq) tərəfindən azad edildikdən sonra bölgədən keçən İran bayraqlı neft tankeri ilə işləməmək barədə xəbərdarlıq edib.
"Biz öz mövqeyimizi Yunanıstan hökumətinə və bütün Aralıq Dənizi limanlarına aydın etmişik ki, 'Adrian Darya 1' tankerinə xidmət göstərməsinlər," Birləşmiş Ştatların bəyanatında deyilir.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ABŞ Dövət Katibi Mayk Pompeo Cəbəllütariq rəsmilərinin tankeri azad etməsindən məyusluğunu ifadə edib. Fox News telekanalına müsahibədə Pompeo bildirib ki, bu neftin satışı sonda İranın Qüds qüvvələrini maliyyələşdirəcək.
"Əgər onlar uğurlu olsalar, onların daha çox pulu, var-dövləti, resursları olacaq ki, terror kampaniyasını, qətl kampaniyasını davam etdirsinlər. Bizim dayandırmaq istədiyimiz budur," Dövlət Katibi bildirib.
Britaniyanın idarəçiliyində olan Gibraltar ərazisinin Ali Məhkəməsinin Suriyaya xam neft çatdırmaq cəhdində şübhəli bilinən gəminin təhvil verilməsi haqda ABŞ-ın müraciətini rədd etməsindən sonra Avropa Birliyinin sanksiyalarını pozduğuna görə Cəbəllütariqdə saxlanılan tankerin Yunanıstan limanına yola çıxdığı bildirilib.
Cəbəllütariqin baş naziri Fabian Pikardo İranın tankerdəki neftin AB-nin Bəşər Əsəd hökumətinə qarşı sanksiyaları ilə qadağan edilmiş bir bölgə olan Suriyaya çatdırılmayacağına dair vəd verdiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bazar ertəsi jurnalistlərə bildirib ki, Tehran rəsmi kanallar vasitəsi ilə ABŞ-a tankeri ələ keçirmək üçün hər hansı yeni cəhd göstərməməsi barədə xəbərdarlıq edib.
Cəbəllütariq baş prokurorluğuna yaxın mənbələr ABŞ-ın tankerin neft tədarükündən əldə edilən gəlirlərin ABŞ Dövlət Departamentinin bu yarxınlarda terrorçu təşkilatlar siyahısına saldığı İran İnqilab Keşikçiləri ilə əlaqəsi olan şirkətlərə getdiyini iddia etdiyini bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





