Dünya

Avtobusu girov götürən şəxs güllələndi, sərnişinlər azad edildi

20 Avqust 2019 18:39
0 Şərh     Baxış: 415

Rio-de-Janeyroda avtobusda sərnişinləri girov götürən silahlı şəxs zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 31 nəfəri 3 saat avtobusda girov saxladıqdan sonra cinayətkar snayperlə neytrallaşdırılıb. O, aldığı xəsarətdən ölüb.

Avtobusda 31 nəfər olub. Onlar 3 saat girovluqda qalıb. Girovların vəziyyəti barədə məlumat verilmir. İnsident yerinə bir neçə təcili yardım avtomobili gəlib.

Qeyd edək ki, səhər saatlarında silahlı və maskalı şəxs körpünün üzərində sərnişin avtobusunu saxlayaraq nəqliyyat vasitəsini yandıracağı ilə hədələyib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.