İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsğər Zare polis deyib.
Ə.Zarenin sözlərinə görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.
Polkovnik yaralıların xəstəxanaya yerləşdirildiyini deyib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az