İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

17 İyul 2019 11:34

İranın İsfahan vilayətinin Buyin Miyandəşt-Xansar yolunda sərnişin mikroavtobusu dərəyə aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan vilayəti yol polis rəisinin əvəzi polkovnik Əsğər Zare polis deyib.

Ə.Zarenin sözlərinə görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Polkovnik yaralıların xəstəxanaya yerləşdirildiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az