Dünya

Millinin baş məşqçisinin anası ikinci dəfə qaçırıldı

16 İyul 2019 13:54
0 Şərh     Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriya yığmasının baş məşqçisi Samson Siasianın anası qaçırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bayels əyalətində baş verib. 

Quldurlar 76 yaşlı qadını evə daxil olaraq oğurlayıblar. Hələ ki, onlar məşqçi ilə əlaqə saxlamayıblar.

Qeyd edək ki, ana Siasia 2015-ci ilin noyabr ayında da bənzər hadisə ilə üzləşmişdi. Həmin vaxt 3 nəfər onu motosikletlə qaçırmışdı. Qadının ailəsi daha sonra tələb olunan pulu ödəmiş və ana Siasia 13 gündən sonra evə dönmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.