Nigeriya yığmasının baş məşqçisi Samson Siasianın anası qaçırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bayels əyalətində baş verib.
Quldurlar 76 yaşlı qadını evə daxil olaraq oğurlayıblar. Hələ ki, onlar məşqçi ilə əlaqə saxlamayıblar.
Qeyd edək ki, ana Siasia 2015-ci ilin noyabr ayında da bənzər hadisə ilə üzləşmişdi. Həmin vaxt 3 nəfər onu motosikletlə qaçırmışdı. Qadının ailəsi daha sonra tələb olunan pulu ödəmiş və ana Siasia 13 gündən sonra evə dönmüşdü.
Milli.Az