İranda 3 min "Peugeot 301" istehsal olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu ilin sonuna kimi İranda 3 min ədəd "Peugeot 301" markalı avtomobil istehsal olunacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran Avtomobil Hissələri İstehsalçıları Assosiasiyasının katibi Maziar Beyglu deyib.
M.Beyglunun sözlərinə görə, hazırda qeyd olunan avtomobilin yedək hissələrinin çərçivələri hazırlanmaqdadır.
Katib əlavə edib ki, bu avtomobilin istehsalında yedək hissələri istehsalçılarının əsas problemi elektron detallardır.
Yedək hissələri istehsalçılarının ən böyük problemini İranın Mərkəzi Bankı tərəfindən vəd olunan 844 milyon dollarlıq vəsaitin ödənməməsi adlandıran assosiasiya katibi deyib ki, bu məsələ "Peugeot 301" markalı avtomobilin istehsalında da ciddi problemlər yaradıb.
Problemlər davam etdiyi halda, yedək hissələri istehsalçıları və avtomobilqayırma şirkətlərinin istehsalı azalacaq, 500 mindən çox insan işini itirəcək.
2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 6 ölkə (ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında bu plandan çıxdığını bəyan edib. Planın icra olunması ilə "İrankhodro" və Fransanın "Peugeot" Avtomobilqayırma şirkəti birgə şəkildə "Peugeot 301" markalı avtomobilin istehsal olunmasını qərara alıblar. Lakin ABŞ-ın 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq etməsi ilə Fransa şirkəti bu müqavilədən çıxdığını elan edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





