Dünya

Kanadada təyyarə qəzası: 2 nəfər öldü

28 May 2019 14:34
0 Şərh     Baxış: 925
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadada yüngül motorlu təyyarə qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Cessna 170" təyyarəsi Yukon ərazisinin paytaxtı Uaytxors şəhər aeroportunun yaxınlığında qəzaya uğrayıb.

Qəza nəticəsində 2 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, təyyarə Alyaska ştatına - Ankoricə uçmalı idi. Təyyarə havaya qalxarkən qəzaya uğrayıb.

Qəzanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.