Dünya

Rusiyada daha bir azərbaycanlı sahibkar qətlə yetirildi

15 May 2019 10:49
4 Şərh     Baxış: 9 962
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ötən gün Rostov vilayətinin Taqanroq şəhərinin bazarında 44 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı sahibkar bıçaqlanaraq qətlə yetirilib.

Milli.Az virtialaz.org-a istinadla xəbər verir ki, əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş.

Hələlik qətlin təfərrüatları barədə məlumat yoxdur. Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir. Mərhumun yaxınları onun nəşini doğmalarının yaşdığı kəndə gətririb torpağa tapşırmaq üçün Rusiyaya gediblər.

Qeyd edək ki, Elşən Əsgərovun atası Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.