Dünya

İstanbulda səslərin yenidən sayımı başladı

3 Aprel 2019 19:27
0 Şərh     Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulda bələdiyyə seçkiləri ilə bağlı 15 qəsəbədə etibarsız hesab edilmiş səslər yenidən sayılır.

Mill.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çatalca, Silivri və Kartal qəsəbələrində isə bütün səslər yenidən sayılacaq.

Xatırladaq ki, ümumilikdə 39 məntəqədə nəticələrlə bağlı Ədalət və İnkişaf Partiyası (AKP) dairə seçki komissiyalarına etiraz edilib.

Qeyd edək ki, hazırkı nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 48,79 faiz (4 milyon 169 min 987), Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırım isə 48,51 faiz (4 milyon 146 min 42) səs toplayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.