Dünya

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

23 Mart 2018 13:17
0 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyi açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yaz sessiyasında qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri ətrafında müzakirələr aparılacaq. Liviyada vəziyyət, "Avropada yüksələn antisemitizm, islamofobiya və ksenofobiya: Avropa dəyərlərinə təhdid" və "Krımda Rusiya Federasiyası tərəfindən keçirilmiş qanunsuz seçki: insan hüquqlarının pozulması" mövzularında müzakirələr aparılacaq.

Sessiyada Makedoniya və Lüksemburq xarici işlər nazirlərinin çıxışları gözlənilir.

Qeyd edək ki, sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.