Dünya

Rusiya parada hazırlaşır - FOTO

28 Aprel 2017 11:50
1 Şərh     Baxış: 1 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiyanın paytaxtı Moskvada 9 May - Qələbə Günü münasibətilə təntənəli hərbi parada hazırlıqlar başlanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Moskva küçələrindən keçən hərbi texnika, o cümlədən qitələrarası ballistik raketlərin buraxılış qurğuları Qızıl Meydanda keçidin məşqlərinə cəlb olunub.

Bu arada Rusiya prezidenti Vladimir Putin Moskvada Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

Görüş əsnasında V.Putin bildirib ki, Şimali Koreya ilə bağlı situasiya mütləq şəkildə danışıqlar vasitəsilə, sülh yolu ilə çözülməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.