Dünya

Məşhur rejissor fikrindən vaz keçdi

24 Yanvar 2015 21:02
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur rejissor, "Taksi sürücüsü", "Uol Strit canavarı" kimi filmlərin yaradıcısı Martin Scorsese Amerikanın keçmiş prezidenti Bil Clinton haqda sənədli filmin çəkilişlərini təxirə salıb.

"Hollywood Reporter" xəbər verir ki, səbəb rejissorla keçmiş prezident arasında suallar və son məhsul üzərində nəzarətlə bağlı yaranan fikir ayrılıqlarıdır.

Filmin bir hissəsi artıq çəkilib. HBO telekanalı bildirib ki, "filmin tezliklə hazır olacağı gözlənilmir, amma bu o demək deyil ki, bu heç vaxt baş verməyəcək".

Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, bundan əvvəl Scorsese Clintonu "ABŞ və dünya siyasətində mühüm rol oynamaqda davam edən görkəmli xadim" adlandırmışdı.

Clinton isə demişdi ki, əfsanəvi rejissorun onun haqqında film çəkməyə razı olduğuna sevinir. O, prezidentliyi və gələcək fəaliyyəti haqda hekayətini tamaşaçılarla bölüşəcəyini səbirsizliklə gözlədiyini bildirmişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.