Dünya

Qahirədə yenə toqquşma, yenə qan

24 Yanvar 2015 20:20
0 Şərh     Baxış: 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misirin paytaxtı Qahirədə polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində Xalq sosialist koalisiyası partiyasının qadın fəalı öldürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şaimə əs-Səbbaq Təhrir meydanı yaxınlığındakı qarşıdurmada güllə yarası alıb.

Misir səhiyyə nazirliyinin məlumatına əsasən, qadın xəstəxanaya çatdırıldıqdan sonra keçinib.

Onun silahdaşları hadisədə polisi günahlandırsalar da, DİN odlu silahdan istifadə etməsini təkzib edib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.