Dünya

ABŞ-da təbii fəlakət nəticəsində 173 nəfər ölüb -YENİLƏNİB

28 Aprel 2011 18:23
Baxış: 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, səngimək bilməyən tayfun nəticəsində ölənlərin sayı durmadan artır. Son məlumata görə, təbii fəlakət qurbanlarının sayı 173 nəfərə çatıb. Xeyli yaralı var. Qasırğanın baş verdiyi ərazilərdə saysız-hesabsız ev dağılıb.

----------
11:14

Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Ən çox insan tələfatı Alabamada qeydə alınıb - 58 nəfər. 100-dən artıq yaralı xəstəxanalardadır. Hazırda siklon ölkənin şimal-şərqinə doğru hərəkət edir.
Güclü tufanla əlaqədar olaraq, Alabamada Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılıb.

---------
09:45

ABŞ-ın cənubunda davam edən qasırğa nəticəsində ölənlərin sayı artıb. Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, Alabamada 25, Missisipidə 11, Corciada 2, Tennesidə isə 1 nəfər təbii fəlakətin qurbanı olub. Onlarla insan yaralanıb.
Meteoroloqlar yeni qasırğaların olacağını proqnozlaşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.