ABŞ-da təbii fəlakət nəticəsində 173 nəfər ölüb -YENİLƏNİB
28 Aprel 2011 18:23
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata
görə, səngimək bilməyən tayfun nəticəsində ölənlərin sayı durmadan
artır. Son məlumata görə, təbii fəlakət qurbanlarının sayı 173 nəfərə
çatıb. Xeyli yaralı var. Qasırğanın baş verdiyi ərazilərdə
saysız-hesabsız ev dağılıb.
----------
11:14
Milli.Az xəbər portalının CNN-ə istinadən verdiyi məlumata görə, təbii
fəlakət nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb. Ən çox insan
tələfatı Alabamada qeydə alınıb - 58 nəfər. 100-dən artıq yaralı
xəstəxanalardadır. Hazırda siklon ölkənin şimal-şərqinə doğru hərəkət
edir.
Güclü tufanla əlaqədar olaraq, Alabamada Atom Elektrik Stansiyasının fəaliyyəti dayandırılıb.
---------
09:45
ABŞ-ın cənubunda davam edən qasırğa nəticəsində ölənlərin sayı artıb. Milli.Az "Associated Press"ə istinadən xəbər verir ki, Alabamada 25, Missisipidə 11, Corciada 2, Tennesidə isə 1 nəfər təbii fəlakətin qurbanı olub. Onlarla insan yaralanıb.
Meteoroloqlar yeni qasırğaların olacağını proqnozlaşdırır.
Milli.Az