Dünya

Vladimir Putindən Müəmmar Qəzzafiyə dəstək

27 Aprel 2011 10:44
Baxış: 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Kopenhagenə səfəri zamanı Liviyada baş verənlərə münasibət bildirən Putin dünyanın heç bir ölkəsinin Qəzzafini öldürməyə haqqı olmadığını bildirib.
"Əvvəl deyirdilər ki, Qəzzafini öldürmək istəmirik. İndi bəzi rəsmilər onun fiziki məhvindən danışır. Onlara bu ixtiyarı kim verib? Məhkəmə olub? Kimliyindən asılı olmayaraq, insanı öldürmək haqqını kim öz üzərinə götürüb?", - deyə baş nazir sual edib.

Putin hesab edir ki, hazırda Liviyada əməliyyat aparan qüvvələrin əsas məqsədi əslində bu ölkənin təbii sərvətlərinin ələ keçirilməsi ola bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.