Dünya

Fidel Kastroya 90 illiyi münasibətilə 90 metrlik siqar hədiyyə etdilər - FOTO

13 Avqust 2016 13:44
1 Şərh     Baxış: 1 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Kuba özünün əfsanəvi komandantesi Fidel Kastro Rusun 90 illik yubileyini qeyd edir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yubileylə əlaqədar bütün ölkə ərazisində müxtəlif tədbirlər və konsertlər keçirilir.

120 saatlıq fasiləsiz iş və 80 kiloqram ən yüksək keyfiyyətli Kuba tütünü hesabına başa gəlmiş dünyanın ən böyük 90 metrlik siqarı məhz bu gün Fidel Kastroya təqdim ediləcək. Mənbə bildirir ki, Fidel artıq 30 ildir ki, tütün çəkməsə də, bu hədiyyəni bir hörmət və diqqət əlaməti kimi qəbul edəcək.

Siqarı dünyanın ən tanınmış toreadorlarından biri olan Xose Kastelar öz əlləri ilə düzəldib. Kasteların sözlərinə görə, dünyada ən keyfiyyətli tütün Kubada yetişdirilir və buna görə də, rekord məhz bu ölkəyə məxsus olmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.