Dünya

Kaskadyor topa "çevrildi" və partlayıb öldü - FOTO

26 Aprel 2011 18:37
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Böyük Britaniyada kaskadyor ənənəvi Pasxa yarmarkasında ölüb. Kent qraflığında keçirilən bayram zamanı o, yüzlərlə tamaşaçının gözü qarşısında yerə dəyib. Nəhəng topun lüləsinə girmiş kaskadyor top mərmisi rolunu oynayıb və təxminən 12 metr hündürlüyə "uçub".

23 yaşlı kaskadyor yerdən bir qədər hündürə çəkilmiş xüsusi torun üzərinə düşməliydi. Lakin hələlik naməlum səbəblərdən tor yerə düşüb və nəticdə kaskadyor ağır travmalar alıb. O, ağır kəllə-beyin və bel xəsarətləri ilə Meydston xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə rəğmən, gənci xilas etmək mümkün olmayıb.

Şahidlərin dediklərinə görə, bu, çox dəhşətli mənzərə idi.

Tryuku iki azyaşlı uşağı ilə birlikdə seyr etmiş 42 yaşlı Rob Haçinson deyib: "Onlar toru çəkdilər. Kaskadyor yuxarı çıxdı, sonra topun lüləsinə düşdü. Saymağa başladılar və kaskadyor təxminən 10-12 metr hündürə uçdu. Sonra da başıaşağı yerə düşdü".

Faciə ilə başa çatan tryuku 2 minə yaxın insan izləyib.

Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.