Dünya

İranlı deputat ölkədə hicabsızlığın baş alıb getdiyini bildirib

14 Aprel 2011 07:34
Baxış: 144
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Media forum" saytının məlumatına görə, aprelin 12-də jurnalistlərlə görüşündə gənc qadınların hicab qaydalarına riayət etməməsindən ciddi nigaran olduğunu vurğulayan Məhəmməd Tağı Rəhbər deyib ki, hicabla bağlı vəziyyət əvvəlkindən daha pisləşib: "Cəmiyyətdə hicabsızlıq seli baş alıb gedir. Əgər bunun qarşısı indi alınmasa, vəziyyət daha da pisləşəcək. Hökumət cəmiyyətdə hicaba riayət olunması ilə bağlı nə iş görüb? Hökumət bu barədə heç bir iş görməyib və ruhanilərin hicab qaydalarına riayət olunmaması ilə bağlı etirazlarını dəfələrlə qulaqardına vurulub.

Bizim bir sıra nazirlər və digər ölkə rəsmiləri ilə hicabın cəmiyyətdə hazırkı vəziyyətinə dair iclasımız olub. Oturub məsələni müzakirə etmişik. Gedin ali təhsil ocaqlarına, banklara və xəstəxanalara baş çəkin görün hicabla bağlı vəziyyət necədir. Hökumət hicabı pozanlara qarşı daha ciddi tədbir görməlidir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.