Dünya

Facebook reklamdan nə qədər qazanır?

12 Aprel 2011 16:28
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalının vesti.ru saytına istinadən verdiyi məlumata görə, bunu "Efficient Frontier" təşkilatı açıqlayıb. Qurum ötən rüblə müqayisədə hazırda Facebook-da reklam qiymətlərinin 40% baha olduğunu bildirir. Qurumun proqnozuna görə, bu il Facebook sosial şəbəkəsində reklama xərclənən məbləğ 5 dəfədən artıq çoxalacaq və 4,05 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, ötən il sözügedən sosial şəbəkənin reklam banerlərindən əldə etdiyi gəlir 1 milyard 860 milyon dollar olub. Bu məbləğin təxminən 60%-i kiçik və orta biznes təmsilçilərinin reklamından əldə edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.