Dünya

Ticarət mərkəzi qan gölünə döndü

9 Aprel 2011 23:07
Baxış: 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Hollandiya paytaxtından 21 km aralıda yerləşən Alphen aan den Rijn şəhərinin ticarət mərkəzində naməlum şəxs 6 nəfəri qətlə yetirdikdən sonra intihar edib.

Hollandiya hökumətinin yaydığı məlumata görə hadisədə ən azı 11 nəfər xəsarət alıb.

Hücumun səbəbi hələlik açıqlanmır.

"Adamlar ticarət mərkəzindən təxliyə edilib, mərkəzin ətrafındakı böyük ərazi mühasirəyə alınıb", - yerli hakimiyyətin yaydığı bəyanatda deyilir.

Şahidlər atəş açan adamın açıq saçlı, dəri pencək geymiş və kamuflyaj şalvarda olduğunu deyirlər. Onun təxminən 25 yaşında olduğu bildirilir.

Ticarət mərkəzində atəş vaxtı təlaş keçirilib. Həmin vaxt mağazada olan adamlar deyirlər ki, o adam seçim etmədən təsadüfi alıcılara atəş açıb.

Şəhər merinin sözlərincə, 4 nəfər yaralı ağır vəziyyətdədir, daha 5 nəfərin yarasını o "ciddi" kimi dəyərləndirib.

Son iki həftədə bu şəhərdə artıq ikinci atəş hadisəsidir: aprelin 2- də şəhərin həmin rayonunda iki nəfər qətlə yetirilib.

Lakin yerli hakimiyyətin nümayəndələri bu hadisələr arasında heç bir əlaqə tapmadığını bildirirlər.

Alphen aan den Rijn 70 minə yaxın əhalisi var.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.