Dünya

Qərbin çirkin sirri faş oldu

5 Aprel 2011 21:02
Baxış: 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, Qərb ölkələrinin Liviya lideri Müəmmar Qəzzafi ilə əlaqələrinin bir vaxtlar çox sıx olmasına dəlalət edən yeni faktlar ortaya çıxıb.
Belə ki, Avropa Birliyinin bir sıra dövlətləri ilə yanaşı, Böyük Britaniya da Qəzzafi rejimini sürətlə silahlandırıb.

Yalnız 2009-cu ildə Britaniya Liviyaya 100 milyon dollarlıq silah və hərbi texnika satıb.
Liviyada üsyan başlamazdan cəmi 4 ay əvvəl isə rəsmi London Qəzzafi rejiminə "kütləvi iğtişaşların ram edilməsinə istifadə olunmaq üçün" snayper tüfəngləri, güllələr, gözyaşardıcı qaz və s. satıb.

Ümumiyyətlə isə, son illərdə Qərb Liviyadakı rejimi 6,1 milyard dollarlıq silah və hərbi texnika ilə təmin edib.

Britaniya Leyboristlər Partiyasının təhlükəsizlik komitəsinin hazırladığı hesabatda bu silah satışları "Qərbin çirkin sirri" adlandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.