Dünya

İŞİD liderinin arvadı: "Türkiyədə yaşamaq istəyirəm" - FOTO

1 Dekabr 2015 22:47
7 Şərh     Baxış: 3 682
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyada döyüşən və "Əl Qaida" iəl bağlı olan "Cəbhət əl Nüsra" terror qruplaşması Qətərin vasitəçiliyi ilə həyata keçirilən mübadilənin bir hissəsi olaraq bu gün 16 Livan əsgərini azad edib.

Milli.Az bildirir ki, "Cəbhət əl Nüsra" terrorçularə və İŞİD mənsubları 2014-cü ilin avqust ayında Livanın Suriya sərhədi yaxınlığında yerləşən Arsal şəhərinə  etdikləri hücum zamanı təxminən 25 əsgəri ələ keçirmişdi. Döyüşlər zamanı yaraqlılar 10 əsgəri öldürmüş, qalanlarını isə keçirdikləri reyd nəticəsində əsir götürmüşdü.

Livan televiziyasına müsahibəsi zamanı azad edilən əsgərlərdən biri azad edildiyinə inana bilmədiyini deyib.
Aylardır əsirlikdə saxlanılan əsgərləri və polis işçilərini gözləyən ailə üzvləri və yaxınları onların azad edilməsi xəbərini Beyrutda sevincdən rəqs edərək qarşılayıb.
Livan da mübadilə şərtlərinə uyğun olaraq "Cəbhət əl Nüsra"nın 12 üzvünü azad edib. Əl-Nüsra eyni zamanda öldürülmüş döyüşçüsünün cəsədini də Livana qaytarıb.
Mübadilə zamanı Livan hərbçiləri İŞİD lideri Əbubəkir əl Bağdadinin sabiq arvadı Saja əl Düleymini də azadlığa buraxıb.
S.Əl Düleymi Al Jazeera-ya verdiyi müsahibəsində deyib: "Əbubəkirdən illər əvvəl boşanmışam. Əvvəlcə Beyruta, oradan da Türkiyəyə getmək istəyirəm. 4 övladımla birlikdə Türkiyədə yaşamaq istəyirəm".

Sajanın qucağında həbsdə olarkən dünyaya gətirdiyi 4 aylıq Yusuf da vardı.
İŞİD lideri Əbubəkir Bağdadinin 7 yaşlı qızı Həcər də anasının yanında idi.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.