Dünya

Oğlunu qapazlayan ana milyonların sevimlisi oldu - VİDEO - FOTO

29 Aprel 2015 10:34
1 Şərh     Baxış: 3 385
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
ABŞ-ın Merilend ştatındakı Baltimor şəhərində kütləvi iğtişaşlar davam edir.

Bu aksia iştirakçılarından birini, daha doğrusu, küçələrə çıxmış qaradərili yeniyetmələrin liderləri arasında yer alan 16 yaşlı oğlanı anası cəzalandırıb.
 

Oğlunun polislərə daş atdığını televizorda görən ana dərhal hadisə yerinə yollanıb və oğlunu qapazlayaraq evə aparmağa başlayıb. Oğul qaçaraq anasının əlindən qurtulmağa çalışsa da, ana onu haqlayıb.
 

Milli.Az ABC News-a istinadən bildirir ki, qaradərili ana İnstagram və sosial şəbəkələrin ulduzuna dönüb.

Milyonlarla amerikalı bu qadını "İlin anası" adlandırmağı təklif ediblər.
 

Fox News-un reportyoru, məşhur jurnalist Çarlz Peyn deyib: "Bu qadına heyranam və onu anlayıram. Mənim anam da belə edərdi".
 

Baltimor Şəhər Polis Departamentinin rəisi Entoni Batts dünən keçirdiyi mətbuat konfransında CBS Baltimore-a deyib: "Övladlarının təlim-tərbiyəsi ilə ciddi məşğul olan belə anaların mümkün qədər çox olmasını istərdim. Polisi daşlayan oğlunu qapazlayan o ananın əllərindən öpmək istərdim".
 

Baltimordakı etiraz aksiyaları zamanı şəhərin 3 məhəlləsinə "nəzarət" edən yeniyetmə dəstələrinin lideri olan, amma anasının qapazladığı 16 yaşlı qaradərili oğlan Maykl Qrehemdir.
 

Onu döyən isə anası Toyadır.

Xatırladaq ki, Baltimordakı kütləvi iğtişaşların səbəbi 25 yaşlı qaradərili Freddi Qreyin ölümüdür. Qreyi saxlayan polislər onu vəhşicəsinə döyərək onurğasını sındırmışdılar. Qrey xəstəxanada, intensiv terapiya bölməsində keçinmişdi.
 

"Oğlumun Freddi Qreyin taleyini təkrarlamasını istəmirəm. 6 övlad böyüdürəm və onların heç birinin zərər çəkməsinə yol vermək niyyətində deyiləm", - Toya Qrehem deyib.
 

Toya Qrehem Baltimor şəhərindəki Alkoqol və Narkotik Maddələrdən Asılılığın Müalicəsi Mərkəzində (Alcohol and Drug Treatment Center) menecer köməkçisi vəzifəsində çalışır.
 

6 övladını tək böyüdən Toya Qrehem deyib: "Televizorda xəbərlərə baxırdım. Şəhərdəki aksiyalardan canlı yayımda oğlumu polisə daş atdığı vəziyyətdə görəndə qorxdum və hirsləndim. Dərhal həmin küçəyə yollandım. Həmin an kameralar barədə düşünmürdüm. 5 qızımın yeganə qardaşıdır, tək oğlumdur və onun Freddi Qrey kimi ölməsini istəmirəm. Maykl ideal oğlan deyil. Amma o, mənim balamdır. O anlarda şokda idim, nə etdiyimin, nə dediyimin fərqində deyildim".
 

ABŞ-da media və sosial şəbəkələrin istifadəçiləri Toya Qrehemin "İlin anası" adlandırılmasını tələb edirlər.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.