Dünya

14 adam diri-diri yandı

20 Aprel 2015 11:35
0 Şərh     Baxış: 1 198
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hadisə yerində 14 yanmış meyit aşkar edilib

Qazaxıstanın Jambıl vilayətinin Moyinkum rayonunda, Almatı-Yekaterinburq avtomobil yolunun 487-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın "RIA-Novosti"yə istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələrinin toqquşması nəticəsində avtomobillər yanıb və nəticədə 14 Qırğızıstan vətəndaşı və 1 Qazaxıstan vətəndaşı olduğu ehtimal edilən şəxs, ümumilikdə 15 nəfər ölüb. Daha 5 nəfər xəsarət alıb.

Hadisə "Qazel-2705" markalı yük avtomobili ilə "Mercedes-Benz Sprinter" markalı mikroavtobusun toqquşması nəticəsində baş verib. Sərnişin avtobusu Bişkekdən Qazaxıstana gedirmiş və içərisində 19 sərnişin olub. Hadisə nəticəsində nəqliyyat vasitələri yanıb və hadisə yerində 14 yanmış meyit aşkar edilib. Onlar 3-ü uşaq olmaqla, 13 nəfər sərnişin və "Qazel" markalı avtomobilin sürücüsüdür. Məlumata əsasən daha bir sərnişin xəstəxanada kəllə-beyin travması səbəbindən həyatını itirib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyində hadisə ilə bağlı "qaynar xətt "açılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.