Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Parlamenti Ankara ilə Yerevan arasında münasibətlərin normallaşması ümidlərini puç etdi
16 Aprel 2015 19:03
Baxış: 2 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dünyadakı qaynar nöqtələrin fonunda heç vaxt bu qədər sakitliyə ehtiyac duyulmamışdı. Bu qaynar nöqtələr stabilliyə olan ümidləri gündən-günə azaldır.
Belə bir narahat zamanda Avropa Parlamenti siyasi səbatsızlıq göstərərək qondarma "erməni soyqırımı" haqqında qətnamə qəbul etdi. Avroparlamentin deputatları "erməni soyqırımını" tanımaq və Ermənistanla sərhədləri açmaqla bağlı Türkiyəyə çağırış etdilər.
Belə bir qərara Türkiyənin reaksiyası çox gecikmədi. Türkiyənin xarici işlər naziri bu qərarı absurd adlandırdı və Avropa Parlamentini erməni təbliğatını dəstəkləməkdə ittiham etdi.
Əgər bu qərar sülhə xidmət etməyib, yüz illik alovun üzərinə yağ tökəcəkdisə, Avropa Parlamenti niyə belə bir qərar qəbul elədi? Məgər, doğrudanmı, ölkələr arasında münasibətləri yaxşılaşdırmaq cəhdi var idi? Əksinə - bu qərar münasibətləri daha da korladı. Osmanlı dönəmində öldürüldüyü iddia edilən ermənilərin taleyi barədə narahat olanlar, əslində, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin normallaşması ümidlərini yerlə bir elədilər.
Bundan əlavə, tarixi küskünlüyü yumşaltmaq üçün qəbul olunan qətnamə nəticədə nifrəti daha da artırdı. Bu, Avropa Parlamentinin üzvlərinin cəhd etdikləri yekun məqsəd idimi?
Qətnamə Avropa Parlamentinin timsalında insan hüquqları müdafiəçisi obrazını ortaya qoymadı. Əksinə, fərqli siyasi maraqlar naminə qeyri-obyektiv mövqe tutan təşkilat reputasiyası yaratdı.
Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək Avropa Parlamentini ikili standartlar siyasəti yürütməkdə ittiham etdi. Xarici siyasət qurumu belə bir sual ortaya qoydu: Nəyə görə AP 1918-ci ildə daşnakların Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri qırğınlara, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlıların qanlı etnik təmizləməsinə və Xocalı faciəsinə eyni siyasi qiymət vermək istəyi nümayiş etdirmir?
Nəticə olaraq, Avropa Parlamenti iki ölkə arasındakı problemi həll etmək əvəzinə dəfələrlə əl uzatmağına baxmayaraq, ümumi dil tapa bilmədiyi Ermənistanla sərhədləri açmamaq barədə Türkiyənin mövqeyini qətiləşdirdi.
Burada ən maraqlısı isə Türkiyənin geopolitik rolunun köhnə qitədə anlaşılmamasıdır.
Avropa Parlamenti, görünür, Ankaranın Avropa birliyi üçün artan rolunu düzgün qiymətləndirə bilmədilər. Bu ölkə Avropanın enerji təhlükəsizliyini təmin etmək niyyətindədir. Cənub Qaz Dəhlizi və çox ehtimal ki, "Türk axını" Türkiyənin ərazisindən keçərək Avropanı qışda qızdıra və nəhəng sənaye müəssisələrini yanacaqla təmin edə bilər.
Əgər məqsəd Avropa ilə çətin münasibətlərdə olan Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq idisə, Avroparlamentin deputatları yenə də səhvə yol veriblər. Ermənistan hər zaman şimal nəhənginin forpostu olub və belə də qalacaq. Bu ölkənin rəhbərliyi Moskvadan əhatəsindən bir addım belə kənara atmaq niyyətində olmadıqlarını açıq-aşkar bəyan edir. Yerevanın Rusiya ilə münasibətləri korlamamaq üçün 2013-cü ilin sentyabr ayında Avropa Birliyi ilə assosiasiya sazişindən imtina etməsini yada salmaq kifayətdir.
Beləliklə, Avroparlament işi irəli aparmaqdansa, özünün əsaslandırılmamış, qeyri-obyektiv, qeyri-ciddi faktlar üzərində qurulmuş və əks effektə malik olan qərarından razıdırmı?
Sevil Mikayılova,
"AzerNews" qəzetinin baş redaktoru

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
-
İsxak Hersoq Prezident İlham Əliyevi təbrik edib
-
Ağdaşda maşın piyadanı vurub öldürdü
-
Bakıda güclü dolu metroda sərnişin sıxlığı yaratdı
-
İmtahanda dörd nəfər 300 bal topladı
-
Rauf Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Bu imtahanın nəticələri AÇIQLANDI
-
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
-
Bu ölkədə uşaq doğmaq qadağan edilir
-
Elm və mədəniyyət sahələrində fəaliyyət göstərən üç nəfərə Dövlət Mükafatı verilib
-
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
-
Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi təbrik edib
-
“Liverpul” 16 yaşlı ulduz alır
-
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
-
Putin onu görmək üçün ağlayan qızı BELƏ QARŞILADI - VİDEO
-
Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Bu sahədə çalışan qadınlar daha çox MAAŞ ALIRLAR
-
Ən yaşlı seçicinin görün neçə yaşı var