Dünya

Mariupol şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatdı

24 Yanvar 2015 18:29
0 Şərh     Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Ukraynanın Mariupol şəhərinin "Qrad" qurğularından atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb".

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

"Meyitxanalara 20 cəsəd gətirilib. Bununla belə, məlumatlar daim yenilənir, ölən və yaralananların sayı arta bilər", - deyə V.Abroskin qeyd edib.

Xatırladaq ki, Ukraynanın Mariupol şəhəri separatçılar tərəfindən atəşə tutulub. Ukraynanın Baş naziri Arseni Yatsenyuk hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.