Dünya

"Audi"lər zay çıxdı

24 Yanvar 2015 17:44
0 Şərh     Baxış: 2 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Volkswagen" 80 min avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" AG lüks dizaynlı 80 min "Audi" avtomobilini satış şəbəkəsindən geri çağırıb. Buna səbəb yanacağın ötürülməsi sistemində nasazlığın qeydə alınmasıdır.

Anspress-in Çinin "Sinxua" agentliyinə istinadla xəbər verir ki, şirkət geri çağırılan avtomobillərin 35 mininin Çinə göndərildiyini bildirib. Ümumiyyətlə, Çin dünyada "Audi"nin ən böyük alıcısıdır.

Müştərilərə göndərilmiş emaillərdə deyilir ki, 2011-2012-ci ilin aprel ayları arasında buraxılmış avtomobillərdə nadir hallarda olsa da, salonda benzin qoxusu hiss olunur.

Xatırladaq ki, Çinin "Volkswagen" ilə birgə müəssisəsi olan "China FAW-Volkswagen Automotive Co Ltd Audi" A4, A5, A6, A7 və Q7 modellərindən olan avtomobilləri martın 20-də geri çağıracaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.