Dünya

Yeni kral oğlunu müdafiə naziri təyin etdi

24 Yanvar 2015 09:20
0 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əziz əl-Səud oğlu Məhəmməd bin Salmanı ölkənin müdafiə naziri təyin edib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

34 yaşlı şahzadə Məhəmməd bin Salman, həmçinin Kral Məhkəməsinin sədri və xüsusi müşavir postlarına da təyinat alıb.

Yeni kral Səudiyyə Ərəbistanının daxili işlər naziri postuna 55 yaşlı qardaşı oğlu Məhəmməd bin Naifi təyin edib.

Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz əl-Səud yanvarın 23-nə keçən gecə 91 yaşında vəfat edib.

Yeni kral onun qardaşı, müdafiə naziri Salman ibn Əbdül Əziz olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.