Dünya

150 min dollar uddu və...

28 Dekabr 2014 10:38
0 Şərh     Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ABC News"un xəbərində deyilir ki, Massaçusetsdən olan müəllim online yarışda 150 min dollar udub və... udduğu bütün pulları çalışdığı məktəbə bağışlayıb.

Musavat.com yazır ki, müəllim işləyən Nikol Bolerman bu hərəkətinə görə Boston valisi Marti Valş tərəfindən təqdir olunub. Şəhər valisi şagirdləri və müəllimi öz ofisinə dəvət edərək bu hadisəni yüksək qiymətləndirdiyini bildirib.  Tədbirdə diqqət mərkəzində olan müəllim isə deyib: "Mənim başqa elə bir seçimim yox idi. İstədim ki, şagirdlərim üçün yaxşı olsun. Mənim əla şagirdlərim var. Mən onlar üçün həmişə nəsə etmək istəyirəm".

Müəllim və məktəbin rəhbərliyi əmin olmaq istəyirlər ki, məktəbin hesabına daxil olmuş vəsait təhsilin səviyyəsinin qalxmasına müsbət təsir edəcək. Sinif otaqlarında kompüterlərin sayı artacaq, digər əyani vəsaitlərlə sinif otaqları təmin olunacaq.

Boston valisi Marti Valş xanım müəllimi uşaqlar kimi səmimi və sadə bir insan kimi səciyyələndirib. Vali onu da bildirib ki, Nikol Bolermanın çalışdığı məktəb şəhərin ən sanballı məktəbləri sırasında öndə gedir: "Biz sizə əvəzsiz əməyinizə və səxavətinizə görə minnətdarıq. Siz öz şəxsi nümunənizlə bir çox insanlara ilham verdiniz".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.