Qarpız salatı resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yay süfrələrinin ən təravətləndirici və rəngarəng ləzzətlərindən biri olan qarpız salatı sulu qarpız dilimlərini pendir, göyərti və yüngül souslarla bir araya gətirərək qeyri-adi bir dad bəxş edir. Şirin və duzlu dadların uyğunluğunu sevənlər üçün möhtəşəm bir alternativ olan bu salat xüsusilə isti havalarda yüngüllüyü və təzəliyi ilə süfrələrin vazkeçilməzinə çevrilir.
Milli.Az inqrediyentləri təqdim edir:
Salat üçün
3 su stəkanı kub formalı doğranmış qarpız
150 qram ağ pendir
Yarım dəstə roka
1 ovuc təzə nanə yarpağı
Yarım çay stəkanı qoz ləpəsi
Sousu üçün
2 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı limon şirəsi
Yarım çay qaşığı istiot
Üzəri üçün
Küncüt və nar şərabı
Hazırlanma qaydası
İlk olaraq qarpızı tumlarından təmizləyib kub şəklində doğrayın. Ağ pendiri də kiçik parçalar halında kəsin.
Roka və təzə nanə yarpaqlarını yuyub qurudun. Geniş bir servis qabına bu göyərtiləri yerləşdirin.
Göyərtilərin üzərinə doğranmış qarpızları və ağ pendirləri əlavə edin. Qoz ləpəsini bir az iri qalacaq şəkildə əzib salata qatın.
Kiçik bir kasada zeytun yağı, limon şirəsi və istiotu qarışdıraraq sous hazırlayın. Hazırladığınız sousu salatın üzərinə gəzdirin.
Sonda üzərinə küncüt səpin və bir neçə damcı nar şərabı əlavə edərək servis edin.
Qarpızın həddindən artıq sulu olmaması salatın sulanmasının qarşısını alır. Həmçinin sousu servis etməzdən dərhal əvvəl əlavə etmək göyərtilərin təravətli qalmasını təmin edir.
SSüfrəyə verməzdən əvvəl qarpızı soyuducuda saxlamaq yay günlərində daha təravətləndirici bir dad bəxş edir.
Qoz ləpələrini yüngülcə qovuraraq istifadə etmək onların ətrini daha da qabardır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib
-
Zeytunla başlayan, musiqi ilə davam edən gün - (Foto)
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Türkiyədən Yunanıstana xəbərdarlıq
-
Kiyevdə partlayışlar baş verib
-
Azərbaycan məktəblərində hicab məsələsi türkiyəli jurnalistlə müzakirə olunub
-
Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir
-
Gəncədə 49 yaşlı kişi bıçaqlandı
-
Dilarə Əliyevaya yeni vəzifə verildi
-
Sumqayıtda maşın piyadaları vurdu, sonra yandı
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
Zığda yaşayış binasındakı yanğın söndürüldü - (Yenilənib)
-
Xocalının 3 kəndinə 7,3 milyon manat xərclənəcək
-
Hava ilə bağlı xəbərdarlıq edildi
-
Onların maaşına 50 faizədək əlavə veriləcək
-
Kafedəki davada saxlanılan deputat oğlunun fotosu
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Payızda bu qidaları süfrənizdən əskik etməyin
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
-
Bəzi pensiya alanları hansı dəyişikliklər gözləyir?
-
Zeytun Festivalının ikinci günü başladı - (Foto)
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
-
Xaçmazda 1 hektardan çox ərazini əhatə edən park yenilənir - (Foto)





