Dünya

Ermənistan mağazalarında Azərbaycan adı

21 Noyabr 2014 14:31
1 Şərh     Baxış: 1 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvanın bəzi ərzaq mağazalarında Azərbaycanın brend markası sayılan "Azərçay buket" satılır.

Milli.Az avropa.info-ya istinadən bildirir ki, Ermənistanın Kənd Təsərrüfatı nazirliyinin ərzaq üzrə dövlət təhlükəsizliyi xidmətinin mətbuat katibi Armine Sukisyan deyib ki, Azərbaycandan Ermənistana heç bir mal keçirilimir. Ancaq o, bəzi Azərbaycan mallarının Ermənistana keçirilməsini də istisna etməyib. Erməni rəsmisinin sözlərinə görə, çay şəxsi çantalarda ölkəyə daxil ola bilər.

Ermənistanın qarşılaşdığı bir problem isə "Azərçay" markasının təkcə Azərbaycanda yox, həm də Rusiyanın Kuban regionunda istehsal olunmasıdır. Avrasiya İttifaqına daxil olan ölklələrdə istehsal olunan başqa Azərbaycan markaları da var ki, onlar Ermənistan ərazisinə sərbəst daxil ola biləcək. Bunu Avrasiya İttifaqının şərtləri tələb edir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.