"Gürcü arzusu" dağılmaq təhlükəsi ilə üzləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın hakim koalisiyası - "Gürcü arzusu" parçalanmaq həddinə çatıb. Koalisiyanın fəal üzvlərindən hesab edilən "Azad demokratlar" birliyi tərk etməyə hazırlaşır. Müdafiə naziri İrakli Alasaniyanın rəhbərlik etdiyi partiyanın koalisiyanı tərk etməsinin səbəbi yüksək rütbəli beş hərbçinin həbsidir. Onlar iki milyon dollardan artıq büdcə vəsaitini mənimsəməkdə ittiham edilirlər. Saxlanılmış şəxslər arasında nazirliyin təchizat departamentinin sabiq rəhbəri, eləcə də hazırkı əməkdaşları var. İstintaq müəyyən edib ki, onlar ötən il şəbəkə avadanlığı və optik-lif kabellərinin alınması üzrə məxfi tenderin keçirilməsi vaxtı onun nəticələrini "Silknet" şirkətinin xeyrinə dəyişdiriblər. Bununla da 2,3 milyon dollar həcmində büdcə vəsaitinin mənimsənilməsinə yol veriblər. Baş Prokurorluq tenderə qatılan "Silknet"-in 9 rəqibinə bilərəkdən səhv məlumatın verildiyini vurğulayır. İstintaqa istənilən sənədləri təqdim etməyə hazır olduğunu bildirən "Silknet" nümayəndələri isə tender vaxtı "hüquqi qaydalara" əməl olunduğunu bəyan edirlər. Gürcüstanın Müdafiə Nazirliyi də tenderin tam qanuna uyğun şəkildə aparıldığını bildirib. Müdafiə Nazirliyi təchizat sistemin şəffaflığını maksimal dərəcədə artırmaq üçün çoxsaylı addımların atıldığını bildirib. "Tender komissiyalarının iclaslarında müşahidəçi statusu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər" - deyə Müdafiə Nazirliyi bəyan edib. Gürcüstan ordusuna əsasən 2013-cü ildə "ölkədə keçirilən antikorrupsiya islahatlarını müsbət" dəyərləndirən NATO ekspertləri həmin təcrübəni partnyor ölkələrlə bölüşməyi təklif ediblər: "Müdafiə Nazirliyi əsaslı istintaqın keçirilməsində maraqlıdır və bütün tərəflərlə intensiv əməkdaşlığa hazır olduğunu bildirir"."Azad Demokratlar" və Respublika Partiyası koalisiyanı tərk edə bilər
Müdafiə naziri İrakli Alasaniya hazırda rəsmi səfərlə Almaniyadadır. Bu arada prokurorluq "cinayətdə əli olan" başqa rəsmilərin müəyyənləşdirilməsi ilə bağlı istintaqın davam etdirildiyini qeyd edir. Bir faktı da qeyd edək ki, həbslər nazirin sədri olduğu partiyanın bu günlərdə keçirəcəyi qurultay ərəfəsində həyata keçirilib. Müdafiə Nazirliyinin yüksək rütbəlilərinin adlarının korrupsiyada hallanması isə birbaşa nazirə zərbədir. Alasaniya bir neçə dəfə bəyan edib ki, noyabrın 8-də sədri olduğu qurumun gücləndirilməsi və yenidən təşkili üzrə yeni proqram təqdim etməyə hazırlaşır. Keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, bu gün "Azad Demokratlar"ın lideri Gürcüstanın ən nüfuzlu siyasətçisidir. Onun reytinqi baş nazir İrakli Qaribaşvili (54 faiz) və "Gürcü arzusu" koalisiyasının faktiki lideri hesab edilən milyarder Bidzina İvanişvilini belə ötüb keçir. Sonuncunun reytinqi 45 faiz göstərilir. Korrupsiya qalmaqalı hələ ki, müdafiə nazirinin reytinqinə təsir etməyib. Lakin bununla belə, müdafiə nazirinin əleyhdarları onun istefası və başqa işə keçməsinin zəruriliyi barədə danışmağa başlayıblar. "Ya Alasaniya həqiqətən də korrupsiyaya bulaşıb, ya da ki, açıq şəkildə bəyan etməlidir ki, siyasi baxışlarına görə təqib olunur" deyə "Vahid Milli Hərəkat"dan olan deputat Akakiy Minaşvili bəyan edib.
Alasaniyanın partiyadaşları hələ ki, bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirirlər. "Biz proseslərin hansı şəkildə cərəyan edəcəyini ciddi şəkildə izləyəcəyik və fikirlərimizi sonra açıqlayacağıq" - deyə "Azad Demokratlar"dan olan deputat Viktor Dolidze bəyan edib.
Hakimiyyətin kursu ilə razı olmadığını hakim koalisiyaya daxil olan Respublika Partiyası da bəyan edib. Alansaniyanın sədri olduğu partiya ilə yanaşı, Respublika Partiyasının da koalisiyanı tərk edəcəyi bildirilir. Partiyanın sədri David Usupaşvili bununla bağlı müəyyən üstüörtülü bəyanatlar səsləndirib. Spiker David Usupaşvilinin sədri olduğu bu partiyanın yaydığı bəyanatda vurğulanır ki, ölkədə problemlər durmadan atır. Və bu problemləri artıq "Vahid Milli Hərəkat"ın adına yazmaq olmur. Usupaşvilinin tərəfdarlar əmindirlər ki, koalisiya üzvləri ən əhəmiyyətli məsələlərlə bağlı öz mövqelərini ifadə etməkdə daha çox azadlığa malik olmalıdırlar. Hər iki partiyanın - həm "Azad Demokratlar", həm də Respublikaçılar Partiyasına müstəqilliklərini ifadə etməyə yaxın vaxtlarda imkan verilə bilər. Artıq yayılan məlumatlara görə, hər iki qurum hökumətin cinayət törətməkdə şübhəli bilinən şəxslərin telefon danışıqlarını dinləməyə imkan verən qanuna dəyişikliyə səs verməyəcəklər. Gürcü ekspertləri istisna etmirlər ki, bu məsələ ilə bağlı səsvermə başda prezident Georgi Marqvelaşvili başda olmaqla yeni koalisiyanın qurulması istiqamətində ilk addım ola bilər. Nəzəri cəhətdən buna "Vahid Milli Hərəkat" da qoşula bilər. "Biz qərbyönümlü qüvvələrlə ölkənin müstəqilliyinin qorunması istiqamətində əməkdaşlıq etməyə hazırıq" - deyə bu partiyadan olan deputat Serqo Ratiani bildirib. Bidzina İvanişvilinin keçmiş müşaviri Georgi Xuxaşvili bildirib ki, Respublikaçılar və "Azad demokratlar"ın üzvləri əslində koalisiyadan çıxmaqda maraqlı deyillər. Çünki, çox gözəl anlayırlar ki, təklikdə 2016-cı ildə keçiriləcək parlament seçkilərində təkbaşına uğurla çıxış edə bilməyəcəklər. Bununla yanaşı, onlar öz səlahiyyətlərinin genişləndirilməsini istəyirlər və bu səbəbdən də "Gürcü arzusu"na bir növ ultimatum təqdim ediblər. Xuxaşvilinin sözlərinə görə, baş nazirin partiyasında qalmaqalın yaranmasından çox qorxurlar və koalisiya üzrə tərəfdaşlarının oranı tərk etməsinin qarşısını almaq üçün hər şeyi edirlər. Bu tezisin təsdiqi kimi "Gürcü arzusu"nun liderlərindən olan Manana Kobaxidze bildirib ki, hakim koalisiyada əməkdaşlığın yeni formalarını işləyib hazırlamaq üçün normal proses gedir. Və bu səbəbdən də onun dağılması təhlükəsinin olmasından danışmaq gərək deyil. Bütün bunlara baxmayaraq, hakim koalisiyanın dağılma ərəfəsində olması barədə söhbətlərin yayılması artıq faktdır. Proseslər belə gedərsə, onda onun parçalanması labüd ola bilər.
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
XƏBƏR LENTİ
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək





