Gürcüstanın hakim koalisiyası - "Gürcü arzusu" parçalanmaq həddinə çatıb. Koalisiyanın fəal üzvlərindən hesab edilən "Azad demokratlar" birliyi tərk etməyə hazırlaşır. Müdafiə naziri İrakli Alasaniyanın rəhbərlik etdiyi partiyanın koalisiyanı tərk etməsinin səbəbi yüksək rütbəli beş hərbçinin həbsidir. Onlar iki milyon dollardan artıq büdcə vəsaitini mənimsəməkdə ittiham edilirlər. Saxlanılmış şəxslər arasında nazirliyin təchizat departamentinin sabiq rəhbəri, eləcə də hazırkı əməkdaşları var. İstintaq müəyyən edib ki, onlar ötən il şəbəkə avadanlığı və optik-lif kabellərinin alınması üzrə məxfi tenderin keçirilməsi vaxtı onun nəticələrini "Silknet" şirkətinin xeyrinə dəyişdiriblər. Bununla da 2,3 milyon dollar həcmində büdcə vəsaitinin mənimsənilməsinə yol veriblər. Baş Prokurorluq tenderə qatılan "Silknet"-in 9 rəqibinə bilərəkdən səhv məlumatın verildiyini vurğulayır. İstintaqa istənilən sənədləri təqdim etməyə hazır olduğunu bildirən "Silknet" nümayəndələri isə tender vaxtı "hüquqi qaydalara" əməl olunduğunu bəyan edirlər. Gürcüstanın Müdafiə Nazirliyi də tenderin tam qanuna uyğun şəkildə aparıldığını bildirib. Müdafiə Nazirliyi təchizat sistemin şəffaflığını maksimal dərəcədə artırmaq üçün çoxsaylı addımların atıldığını bildirib. "Tender komissiyalarının iclaslarında müşahidəçi statusu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər" - deyə Müdafiə Nazirliyi bəyan edib. Gürcüstan ordusuna əsasən 2013-cü ildə "ölkədə keçirilən antikorrupsiya islahatlarını müsbət" dəyərləndirən NATO ekspertləri həmin təcrübəni partnyor ölkələrlə bölüşməyi təklif ediblər: "Müdafiə Nazirliyi əsaslı istintaqın keçirilməsində maraqlıdır və bütün tərəflərlə intensiv əməkdaşlığa hazır olduğunu bildirir"."Azad Demokratlar" və Respublika Partiyası koalisiyanı tərk edə bilər