Dünya

"Xorasan" lideri öldürüldü - FOTO

25 Sentyabr 2014 09:46
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha bir terror təşkilatı liderinin öldüyü iddia edilir

ABŞ Suriyada "Xorasan" terror qruplaşmasına qarşı hücum əməliyyatı keçirib.

Anspress-in məlumatına görə, ABŞ-ın Suriyadakı İŞİD və "Xorasan" terror qruplaşması mövqelərinə etdiyi hücumlarda "Xorasan" lideri Muhsin əl-Fədhlinin öldürüldüyü iddia edilir.

Bu barədə "Reuters"ə adının açıqlanmasını istəməyən ABŞ-lı bir nümayəndə bildirib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Suriyada daha bir təhlükəli qruplaşma olduğunu açıqlamışdı. Adı "Xorasan" olan bu qruplaşma Suriyada iki il əvvəl fəaliyyətə başlayıb. Yaxın Şərq, Cənub-Şərqi Asiya və Şimali Afrika ölkələrindən gələn Əl-Qaidə üzvlərindən ibarət bir qruplaşmadır. Qruplaşmaya Əl-Qaidə liderlərindən olan Muhsin əl-Fadhlinin komandanlıq etdiyi iddia edilirdi.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.