Dünya

Yanukoviçin iqamətgahının məşum sirləri açılır... - YENİLƏNİB - VİDEO - FOTO

24 Fevral 2014 19:06
15 Şərh     Baxış: 10 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19:06

Milli.Az bildirir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Kiyev yaxınlığındakı Mejiqorye iqamətgahında raritet avtomobillər qarajı aşkarlanıb.
 

Qarajda ZiL, "Çayka", "Volqa", LuAZ, , ZAZ, ZİS, Horch, BMW, Ford Hot Road 1934, Chevrolet Impala, Rolls-Royce və s. antikvar avtomobillər, habelə Bentley kupesi var.

Kiyev yaxınlığındakı Qostomeldəki qarajda isə V.Yanukoviçin oğlu Aleksandr Yanukoviçin avtomobil qarajı tapılıb.
 

Bu qarajda Jaguar, Mercedes, Hummer, Range Rover, Rolls-Royce və s. modellərdən olan 13 avtomobil vardı.

Maşınların ümumi dəyəri 2 milyon dollardan artıqdır.

---------
18:00

 

Milli.Az bildirir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Mejiqoryedəki iqamətgahının mühafizəçiləri oradan qaçarkən məxfi sənədləri və silahları, habelə sursatları gölə atıblar.
 

Dünən dalğıclar həmin sənədlərlə silah-sursatın bir qismini sudan çıxarıb.

Sənədlər arasında Ukraynadakı müxalifətçilər və jurnalistlərin telefon danışıqlarının gizli dinlənilməsinin mətnləri, məşhur siyasətçilərə qarşı "kompromat"lar, habelə xüsusi təyinatlı sursat və silahlar var.

V.Yanukoviçin ailəsi Mejiqorye iqamətgahını qaçaraq tərk edərkən oradan 5 yük maşınında əşyalar daşınıb.
 

Müxalifətçilərin dediklərinə görə, sənədlərdə V.Yanukoviçin Mejiqorye ilə yanaşı, Suxoluçyedəki iqamətgahının tikilməsi və bəzədilməsi zamanı dövlət vəsaitlərinin mənimsənilməsini sübut edən faktlar var.
 

"Sənədlərin çox az qismini araşdırmışıq. Hələlik 200 milyon avro məbləğində mənimsəmələr aşkarlanıb", - Ukraynanın tanınmış jurnalisti Dmitri Qnap deyib.

Viktor Yanukoviçin qeyri-rəsmi nikahda yaşadığı arvadı Lyubov Polejay və onun qızı Mariya Yeqorovnanın harada olduğu bilinmir.


---------
12:35

Ukraynanın artıq sabiq prezidenti Viktor Yanukoviçin "Kiyev dənizi"nin sahilindəki Mejqorye iqamətgahı artıq müxalifətçilərin əlindədir.


Milli.Az bildirir ki, ümumi sahəsi 136 hektar olan iqamətgahın mərkəzi binası "Honka" adlı malikanədir.

Ali Radanın Kiyevdəki etiraz aksiyalarını dəstəkləməsi və Viktor Yanukoviçin də paytaxtı təcili tərk etməsindən sonra Mejqoryenin mühafizə xidmətinin əməkdaşları da iş yerlərini tərk ediblər.


İqamətgahda Viktor Yanukoviçin təqribən 1 kq qızıldan hazırlanmış portretli, Ukraynanın milli valyutası olan qrivnanın qızıldan hazırlanmış surətləri, lüks apartamentlər, sudakı "Gəmi kafe", zoopark və s. müxalifətçiləri heyrətə gətirib.


Burada yaxtalar, lüks avtomobillər, antikvar maşınlar, qolf və helikopter meydançaları, qədim yunan şəhərləri formasında hamamlar, qızılla bəzənmiş ayaqyolları da var.


Milli.Az


----------
19:06





----------
18:00



Böyütmək üçün şəkillərə klikləyin.



---------
17:30



----------
12:35
 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.