Dünya

Polislər şokda: ölmüş qadın dirildi - FOTO

31 Yanvar 2014 11:37
0 Şərh     Baxış: 987
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəhşətli fotoları görən polislər dərhal "cinayəti" araşdırmağa başlayıblar

Konsept sənətçisi Siqrid Flekseder həmkarı Kristian Tomas ilə birlikdə "Ölümün 4 mövsümü" adlı bir proyekt hazırlayıblar.

Anspress-in məlumatına görə, iş üçün relslərin üzərində ölmüş bir cəsəd obrazına girən Flekseder, həmkarı ilə birlikdə çəkdiyi kadrları çıxarılması üçün fotoqrafa göndərib.

Şəkilləri çıxaran işçilər gördükləri mənzərə qarşısında nə edəcəklərini bilməyiblər. Onlar Almaniya polisinə məlumat veriblər. Şəkilləri araşdıran idarə işçiləri isə vəziyyəti İnterpola bildiriblər.

"Cinayəti" araşdıran detektivler şəkillərin göndərildiyi ünvana gedərək iz tapmağa çalışarkən Fleksederlə qarşılaşıblar. Məsələ aydın olandan sonra Flekseder mövzuyla əlaqədar olaraq bunları deyib: "Kimin daha çox təəccübləndiyini bilmirəm. Qarşımda İnterpolu görən mən, yoxsa yaşayan bir cəsədlə qarşılaşan onlar?"

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.